ABŞ KXDR-in raket hücumuna necə hazırdır? – VİDEO

2018/01/IMG-20180105-WA0015_1515167369.jpg
Oxunub: 1734     23:48     05 Yanvar 2018    
Ehtimal edilir ki, Şimali Koreya maksimum 6 nüvə hücumu həyata keçirə bilər. ABŞ isə təkcə ötən yaydan bu vaxta qədər ölkənin müxtəlif ərazilərində yerləşən RƏM sistemlərinin sayını 36-dan 44-ə çatdırıb.

Nəzəriyyə deyir ki, hətta KXDR bütün hücumlarını eyni anda etsə belə, ABŞ bunun qarşısını asanlıqla alacaq. Lakin bundan nə dərəcədə əmin ola bilərik?

RƏM sistemləri döyüş başlıqlarını səmada olarkən zərərsizləşdirmək üçündür. Bu bir növ bir gülləni başqa bir güllə ilə vurmaq kimidir. Lakin hətta ideal vəziyyətdə edilən sınaqlarda belə bu sistemlərin dəqiqlik göstəricisi 50%-dən yüksək olmur.

Düzdür, ABŞ-ın 44 RƏM sisteminə malik olması ona xeyli uğursuz atış həyata keçirmə imkanı verir, lakin nəzərə almalıyıq ki, Şimali Koreya da davamlı olaraq öz texnologiyasını inkişaf etdirir.

Kim Çen Inın iddialarına baxmayaraq ekspertlər bildirir ki, KXDR hələki ABŞ-ın ərazisini vurmaq gücünə malik deyil. Lakin bu da danılmazdır ki, heç kim onların nəyə qadir olduğunu dəqiq bilmir.


Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   ABŞ   RƏM  


Bizi "telegram"da izləyin