Mun ABŞ-a təzyiq edir: Yonqsan bazasını boşaldın

2017/12/image3545345_1514451194.jpg
Oxunub: 395     18:08     28 Dekabr 2017    
Cənubi Koreya ABŞ Koreya Qüvvələri (AKQ) komandanı general Vinsent Bruksdan Yonqsan bazasının köçürülməsini tələb edir.

Ordu.az “Yonhapnews”a istinadən xəbər verir ki, Cənubi Koreyanın Yonqsan bazasının köçürülməsi ilə bağlı tələbləri AKQ üçün problemə çevrilib.

Məlumatlara görə, Cənubi Koreyada Mun Jinin may ayında hakimiyyətə gəlməsindən etibarən, əsas maliyyə mərkəzlərindən olan Yonqsandakı 270 milyon kvadrat metrlik bazasının boşaldılması yönündə ABŞ-a təzyiqlər edilir.

Cənubi Koreyanın son on ildəki siyasətinin əksinə olaraq indiki hökumət bazanın tez bir şəkildə yer dəyişdirməsini tələb edir.

Səkkizinci ordu bu ilin əvvəlində Seulun 70 kilometr cənubundakı “Humphreys” kampına köçürülüb. Bu ordunun əvvəlki yeri olan “Coiner” kampı isə artıq bağlanmaq üzrədir.

Cənubi Koreya Milli Müdafiə Nazirliyinin məsələdən məsul olan rəsmisi Yonqsan bazasının köçürülməsinin gələn ilin sonuna qədər tez bitəcəyini bildirib.

Cənubi Koreya ABŞ-dan Ortaq Qüvvələr Komandanlığının (OQK) qərargahının da ölkənin Baş Qərargah Rəisliyinin binasına köçürülməsini istəyib.

Lakin ABŞ tərəfi isə zamanın, həm də maliyyə problemləri olduğunu bildirir.

“Sözügedən köçürmələri etməyə hazırıq. Lakin xüsusilə aralarında önəmli şəxslərin də olduğu xeyli sayıda ABŞ personalının qulluq etdiyi OQK-nın köçürülməsi çox çətin və vaxt aparıcı bir işdir”, - deyə AKQ-dən bildirilib.

Mun administrasiyası isə AKQ-nin köçürməni etmək üçün kifayət qədər vaxtı olmasında israr edir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AKQ   Yonqsan-bazası   ABŞ-Koreya  


Bizi "telegram"da izləyin