“Admiral Panteleyev” Cənubi Çin dənizində təlim keçib

2017/12/46248514565_1514448303.jpg
Oxunub: 377     16:10     28 Dekabr 2017    
Rusiya Sakit okean donanmasının qayıqlar əleyhinə böyük gəmisi “Admiral Panteleyev” Cənubi Çin dənizində gəminin dayanıqlılığı üzrə təlim keçib.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün Şərq Hərbi Dairəsinin Sakit okean donanması üzrə mətbuat xidməti məlumat yayıb.

“Sakit okean donanmasının gəmilərinə başçılıq edən və hazırda Cənubi Çin dənizində tapşırıqlar yerinə yetirən “Admiral Panteleyev” gəmisi ekipajı gəminin dayanıqlılığı üzrə təlim keçib. Təlimdə su qəzasının baş verməsi, o cümlədən gəminin önəmli hissələrində alov yaranması halında belə problemlərin aradan qaldırılması üzrə hərəkət planı müəyyənləşdirilməklə ona uyğun tapşırıqlar icra olunub”, - deyə məlumatda bildirilir.

Hərbi qulluqçular qəza komandasının yığılması və qəzanın aradan qaldırılması üzrə normativləri uğurla və nəzərdə tutulan zaman daxilində aradan qaldırmağa müvəffəq olublar.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Admiral-Panteleyev   Təlimlər  


Bizi "telegram"da izləyin