Çin ilk kibertəhlükəsizlik üzrə innovasiya mərkəzini nümayiş etdirib

2017/12/FOREIGN201712280918000209957351217346346_1514445920.jpg
Oxunub: 559     15:21     28 Dekabr 2017    
Çin milli kiber müdafiəsinin gücləndirilməsinin zəruriliyindən danışdığı bir vaxtda ilk kibertəhlükəsizlik innovasiya mərkəzini nümayiş etdirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, mərkəzin əsas məqsədi gələcək kiber müharibələrdə orduya dəstək olmaq və kibertəhlükəsizlik üzrə müdafiə sistemini təkmilləşdirmədir.

Mərkəz Hərbi İnteqrasiya Hərbi və Mülki inkişaf üçün Mərkəzi Komissyanın təlimatına əsasən qurulub. Komissiya həm də mərkəzi idarə edəcək. Əsas əmliyyatların aparılması isə Çinin qabaqcıl kibertəhlükəsizlik şirkəti olan “360 Enterpirse Security Group”a həvalə edilib.

Şirkətin prezidenti Vu Yunkunun sözlərinə görə, mərkəz hərbi sahədə internet xidmətləri üçün kiber müdafiə sistemləri və hərbi istifadəçilər üçün bir təhdid kəşfiyyat paylaşım mexanizmi hazırlamağa fokuslanacaq.

Qeyd edək ki, Çinin Kiber Təhlükəsizlik Administrasiyasının keçən ilin dekabrında nəşr etdiyi strategiyasında 2035-ci ilə qədər Çinin beynəlxalq statusuna uyğun bir kiber müdafiə sistemi hazırlamağı planlaşdırdığı göstərilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Kibertəhlükəsizlik  


Bizi "telegram"da izləyin