Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə danışıqlar üzrə keçmiş müxalifət komitəsinin rəsmi nümayəndəsi Yəhya əl-Aridi “Al Arabiya” telekanalının efirində bəyan edib.
“Bu forumda iştirakdan imtina etmək çətin deyil, lakin bizim üzərimizdə Suriya xalqı qarşısında böyük yük var və bu mövqedən çıxış edərək yekun qərar qəbul edəcəyik”, - deyə əl-Aridi bildirib.
Qeyd edək ki, əl-Aridinin bu bəyanatı ərəb KİV-lərində 40-a yaxın silahlı qruplaşmanın öz nümayəndələrini Soçidəki Konqresə göndərməyəcəkləri barədə açıqlamaları fonunda səslənib.
Ağalar Qəribov
Ordu.az