“Separatçılar yeni atəşkəs rejimindən sonra hücumları azaltsalar da, tamamilə dayandırmayıblar”.
Ordu.az “112.international”a istinadən xəbər verir ki, bu barədə Ukrayna ordusu məlumat yayıb.
“Minskdə razılaşdırılan yeni atəşkəs rejiminə baxmayaraq separatçılar Ukrayna əsgərlərini hədəf almağa davam edirlər. Onlar ağır artilleriya, kiçik silahlar və pulemyotlardan istifadə etməklə işğal altında olan Uzvika bölgəsindən bizə atəş açırlar. Minsk sazişinə sadiq qalan əsgərlərimiz bu provakasiyalara cavab verməyib”, - deyə məlumatda bildirilib.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Donbas
Atəşkəs
Hücum