Ordu.az 5-tv.ru saytına istinadən xəbər verir ku, bu barədə Rusiya Silahlı Qüvvələri Quru Qoşunlarının Hava Hücumlarından Müdafiə güclərinin komandanı, general-leytenant Aleksandr Leonov bildirib.
“Silahlı Qüvvələrin Hava Hücumundan Müdafiəsi Aerokosmik Qüvvələrin sistemləri ilə müqayisədə yüksək dəqiqliyə malikdir. Sonuncu HHM vasitələri müvafiq mövqelərdə quraşdırılıb və rusiyalıları ballistik raketlərin gözlənilməz hücumundan qoruyur”, - deyə Lonov qeyd edib.
O, Hava Hücumundan Müdafiə qoşunlarının hərbçilərlə birlikdə hərəkət etməklə əməliyyatlar zamanı onların müdafiəsini təmin etdiyini nəzərə çatdırıb.
“2014-cü ildən Rusiya ordusunun silahlanmasında S-300B4 zenit raket kompleksinin xüsusi modifikasiyası var. O, öz effektivliyini Suriya əməliyyatları zamanı nümayiş etdirdi. Həmçinin “Buk-M3” və “Buk-M2” də peyda olub ki, onlar eyni anda 6 hədəfi atəşə tutmağa qadirdir”, - deyə general vurğulayıb.
Ağalar Qəribov
Ordu.az