Tillerson: “Biz İran tərəfindən təhlükə məcmusu ilə qarşılaşmışıq”

2017/12/238379957345345_1514440202.jpg
Oxunub: 426     13:48     28 Dekabr 2017    
“ABŞ bundan sonra da İranın nüvə proqramının din xarakterinin çoxtərəfli razılaşmasında mövcud olan çatışmazlıqların aradan qaldırılması yönündə çalışacaq”.

Ordu.az “The New York Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Reks Tillerson bəyan edib.

O qeyd edib ki, İranla nüvə razılaşması artıq Vaşinqton siyasətinin Tehrana münasibətində mərkəzi yer tutmur.

“Lakin buna baxmayaraq hazırda biz İran tərəfindən təhlükə məcmusu ilə qarşılaşmışıq”, - deyə Tillerson bildirib.

ABŞ dövlət katibi əlavə edib ki, ABŞ Yaxın Şərqdə öz tərəfdaşları ilə alyansları bərpa etmək niyyətindədir.

“Biz müttəfiqlərimiz və Konqreslə İranın ballistik raketlərin hazırlanması üzrə öhdəlikləri yerinə yetirmədiyi və regionda vəziyyətin stabilliyini pozduğu üçün cəzalandırmaq məqsədilə nüvə razılaşmasının çoxsaylı çatışmazlıqlarını aradan qaldırmaq yönündə çalışacağıq”, - deyə Tillerson vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Nüvə-razılaşması  


Bizi "telegram"da izləyin