Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri ABŞ-ın Cənubi Koreyadakı keçmiş komandiri Burvel Bell “Amerikanın Səsi”nə verdiyi müsahibədə səsləndirib.
Müttəfiq dövlətlərin gələn il fevral-mart aylarında baş tutacaq Pxençxan Qış Olimpiya və Paralimpiya oyunları ilə bağlı öz ənənəvi illik təlimlərini təxirə salmaq barədə düşündükləri bir vaxtda bildirilən bu fikirlər xüsusi maraq doğurub.
Qeyd edək ki, Cənubi Koreyanın prezidenti Mun Ji dünya səviyyəli bu yarışlar zamanı Şimali Koreya ilə heç bir gərginliyin yaşanmaması üçün təlimlərin təxirə salınmasını istəyib.
Təlimlərin təxirə salınmasının düzgün addım olduğunu söyləyən keçmiş ABŞ ordu generalı Bell bildirib ki, yüzlərlə ölkədən minlərlə atletin ölkəyə gəldiyi bir vaxtda hərbi əməliyyatlar keçirmək heç yaxşı bir hal deyil.
Bununla yanaşı, o, olimpiyadadan sonra təlimlərin tam şəkildə davam etdirilməli olduğunu da əlavə edib.
Lakin o, bildirib ki, Qış olimpiya oyunlarından sonra başladılması planlaşdırılan təlimlər Şimali Koreya ilə uzlaşmaq baxımdan heç də diplomatik üsul deyil.
Bell 2006-2008-ci illərdə Koreyadakı BMT-nin Birləşmiş Qüvvələr Komandanlığı və ABŞ qüvvələrinə rəhbərlik edib
Eyni vəzifəni 2011-2013-cü illərdə həyata keçirən general Ceymis Turman da təlimlərin müzakirəyə açıq olmadığını, bunun hərbi hazırlığın saxlanması üçün bir vasitə olduğunu bildirib.
“Şimali Koreyaya qarşı diqqətli olmalıyıq. Onlarla danışıqlar heç zaman effektiv olmadı. Müttəfiqlər güclü və dinamik qalmalıdırlar”, - deyə Truman bildirib.
“Əsas qərar və bala qartal” adlandırılan ənənəvi təlimər adətən fevralın sonu, yaxud martın əvvəllərində start götürür.
Şimali Koreya uzun müddətdir ki, təlimləri işğal cəhdi və provakasiya kimi qələmə verir.
Ağalar Ağalarlı
Ordu.az