Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə mərkəzin komandiri Erik Renou bildirib.
“Biz məşğuluq. Lakin ölkənin ordumuza istənilən vaxtda və məkanda hər hansı düşməni məğlub etməyə şərait yaradan etibarlı, qabaqcıl texnologiyaya ehtiyacı var. Dünyanın heç bir yerində sistemlər burdakı kimi sınaqdan keçirilə bilməz”, - deyə o əlavə edib.
Məlumatda bildirilir ki, bu il ərzində mərkəzdə 293 “odlu” sınaq həyata keçirilib. “Odlu” sınaq dedikdə hansısa raketin və yaxud da bu tipli bir silahın sınağı nəzərdə tutulur.
Əlavə olaraq yüksək enerjili lazer sistemləri bölməsi də 146 lazer sınağı həyata keçirib. ABŞ hərbi hava qüvvələri poliqonun 3200 kv. millik hava fəzasında 1614 təlim missiyasını maliyyələşdirib. Bunlardan 458 F-16 qırıcıları ilə bağlı olub.
“White Sands” raket poliqonunun 800-dən çox əməkdaşı və podratçısı var.
Ağalar Ağalarlı
Ordu.az