Əfqanıstanın cənubundakı Helmənd vilayətində yerləşən hərbi bazanın yaxınlığında bir maşının partladılması nəticəsində ən azı iki əsgərin öldüyü, 15 əsgərin isə yaralandığı bildirilir.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Helmənd vilayətinin rəhbərliyi məlumat yayıb.
Məlumatda hücumun Suriya müharibəsində terrorçular tərəfindən aktiv şəkildə istifadə olunan “cihad-mobil” vasitəsilə həyata keçirildiyi bildirilir.
“Taliban” hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Əfqanıstan
Taliban