Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu fikirləri İranın müdafiə naziri Əmir Xatəmi səsləndirib.
Bir qrup iranlı millət vəkili ilə görüşən general Xatəmi bildirib ki, İslam Respublikasının hərbi doktrinası ölkənin strateji müdafiə qabiliyyətinin artırılmasına dəstək verir.
“Bu gün düşmənlərin əsas niyyəti İranın milli müdafiə gücünü zəiflətmikdir. Amma biz heç kimə ölkəmizin müdafiə qüdrətini pozmağa imkna verməyəcəyik”, - deyə nazir bildirib.
O əlavə edib ki, özünün müdafiə ləvazimatlarını istehsal etməyə qadir olan İran istənilən xarici təhlükəyə tam cavab vermək gücündədir.
Ağalar Ağalarlı
Ordu.az