Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Şimali Koreyanın ballistik raket proqramı ilə əlaqəli olan iki əsas səlahiyyətli şəxsi Kim Çen Sik və Li Pxyon Çxola qarşı yeni sanksiyalar tətbiq edib.
Xəzinə Departamentinin qərarına əsasən bu şəxslərin səyahətlərinə qadağa qoyulduğu və əgər ABŞ-da hər-hansı mülkləri varsa, dondurulacağı bildirilib.
Kim Çen Sik KXDR-də ballistik raket və nüvə proqramlarının inkişafında əsas şəxsdir. Onun həmçinin duru yanacağın bərk yanacağa çevrilməsi sahəsində də böyük nüfuza sahib olduğu bildirilir. Onun fotolarda tez-tez KXDR lideri Kim Çen Inın yanında görüldüyü bildirilir.
Kim Çen Ina çox yaxın olan bu şəxslərdən biri veteran raket alimi, digəri isə keçmiş HHQ rəhbəridir. Kim Çen Sik siyasi və hərbi sahədə yüksək vəzifəyə təyin olunmasına baxmayaraq, onun elitar bir ailədən olmadığı bildirilir. “Reuters”in araşdırmasına görə Li Pxyon Çxol Rusiyada təhsil alıb.
Xəzinə Departamentinin rəhbəri Stiven Mnuxin bildirib ki, KXDR-i mümkün qədər çox təcrid etmək və nüvə proqramını dayandırmağa məcbur etmək üçün Şimali Koreyanın ballistik raket proqramlarının rəhbrələri hədəf alınır.
“Bu aktlar BMT TŞ-nin qərarına uyğun olaraq KXDR-ə qanunsuz maliyyə axımını dayandıracaq”, - deyə o əlavə edib.
Qeyd edək ki, ABŞ-ın dialoqa daha çox cəhd göstərməli olduğunu bildirən Rusiya bu sanksiyalara qarşı çıxır. Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-lı həmkarı Tillersonla telefon danışığında bildirib ki, ABŞ-ın KXDR-ə qarşı sərt ritorikası və regiondakı hərbi təlimləri artırması qəbuledilməzdir.
Ağalar Ağalarlı
Ordu.az