Ordu.az xəbər verir ki, bu barədə Qətər Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Türkiyə qoşunları Dohanın cənubundakı Əl Udeid hava bazasına dünən gətirilib.
Yeni gələn əsgərlər də Qətərdəki Tariq bin Ziyad hərbi bazasında qulluq edən digər əsgərlərə qoşulacaqlar.
Qeyd edək ki, Türkiyə ilə Qətər krallığı arasında 2014-cü ildə bağlanan müdafiə sazişinə görə Türkiyə bu ölkədə öz hərbi bazasını qurub.
Ağalar Ağalarlı
Ordu.az