Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, istinadən xəbər verir ki, istehsalı hələ Böyük Vətən Müharibəsindən öncə başlanan əfsanəvi texnikanın görüntüləri vyetnamın Baodatviet.vn saytında yerləşdirilib.
Lakin qeyd etmək yerinə düşər ki, şəkillərdə görünən “Katyuşa”lar onlar üçün o qədər də ənənəvi olan ZiL-131 yük maşınının üzərinə quraşdırılıb.
“Katyuşa”lar haqqında məlumatda bildirilir ki, şəkillər onlara texniki qulluq göstərilməsi zamanı çəkilib.
ZiL-151 və ZiL-157 üzərinə quraşdırılan “Katyuşa”lar ilk xələflərindən fərqli olaraq daha böyük sürətə malikdirlər, onlar 80 kilometr/saatadək sürətlə hərəkət edə bilirlər.
Qeyd edək ki, bu modifikasiya BM-13NMM adlanır və silahlanmaya 1966-cı ildə qəbul olunub.
Ağalar Qəribov
Ordu.az