Ordu.az “iraqinews” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Bağdad tabeçiliyində olan Xalq Səfərbərlik Qüvvələri (XSQ) məlumat yayıb.
“XSQ-nin 88-ci briqadası İŞİD-in Həmrin dağlarındakı bir təlim kampını dağıdıb və orda olan 3 terrorçunu məhv edib”, - deyə bəyanatda bildirilib.
Xatırladaq ki, oktyabrda İraq ordusunun 9-cu silahlı diviziyası və XSQ İraqın şimalındakı Həmrin dağlarının tam azad edildiyini elan edib.
Ağalar Ağalarlı
Ordu.az