Ordu.az “Komsomolskaya pravda” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəhbəri Valeri Gerasimov bəyan edib.
“48 mindən çox əsgər və zabit. Onların hər dördüncüsü ya təltif olunub, ya da dövlət mükafatı üçün təqdim edilib. Hər kəs nazirlik tərəfindən mükafatlandırılıb”, - deyə Gerasimov bildirib.
O bildirib ki, Suriyada terrorizm üzərində qələbənin qazanılmasında Rusiya hərbi qulluqçularının rolu böyükdür.
“Yalnız hərbi qulluqçular deyil, komandir və zabitlər də əməliyyatlarda iştirak etdi. Bütün hərbi dairələrin komandanları Suriyadakı hərbi fəaliyyətlərdə aktiv şəkildə iştirat etməklə qələbəyə böyük töhfə verdilər”, - deyə Baş Qərargah rəhbəri vurğulayıb.
Ağalar Qəribov
Ordu.az