MKİ-nin eks-rezidenti: ““Javelin”lər ABŞ-a Ukraynada öz maraqlarını qorumaq imkanı verəcək”

2017/12/PARALLAX-CIA-logo-screenshot456456_1514363076.png
Oxunub: 404     16:05     27 Dekabr 2017    
“ABŞ-ın Ukraynaya verdiyi “Javelin” raket kompleksləri Rusiyanı çox narahat edən məsələdir”.

Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Fox News”a müsahibəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin eks-rezidenti Deniel Hoffman bəyan edib.

MKİ-nin ehtiyatda olan şöbə rəhbəri həmçinin qeyd edib ki, Ukraynanın ölümcül silahla təchiz edilməsi ABŞ-a öz milli təhlükəsizlik maraqlarını qorumağa kömək edəcək.

“ABŞ eyni zamanda terrorizmlə mübarizə, Koreya yarımadasında münaqişənin tənzimlənməsi və narkotiklərin yayılmasının qarşısının alınmasında Rusiya ilə əməkdaşlığı da davam etdirəcək”, - deyə Hoffman bildirib.

O qeyd edib ki, Tramp və Putin telefon danışığı çərçivəsində KXDR ətrafında vəziyyəti müzakirə edərək bunu ABŞ-ın milli təhlükəsizliyinə zərbə kimi qiymətləndiriblər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MKİ   Javelin  


Bizi "telegram"da izləyin