Ordu.az Flightglobal.com saytına istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri “Boeing” şirkəti ilə Yaponiya üçün ilk KC-46 təyyarəsinin istehsal olunması üzrə müqavilə imzalayıb.
Təyyarənin Yaponiyaya verilməsi “Foreign Military Sales” proqramı çərçivəsində həyata keçirilir və bu səbəbdən təyyarənin istehsalını ABŞ Hərbi Hava Qüvvələri ödəyəcək.
Qeyd edək ki, Yaponiya 2015-ci ildə üç ədəd KC-46 təyyarəsi sifariş verib.
Müqaviləyə əsasən ilk təyyarənin qiyməti 279 milyon dollar (474 milyon manat) təşkil edir.
Yeni təyyarələr Yaponiyanın 2008-2010-cu illərdə aldığı KC-767J yanacaqdolduran təyyarələrindən ibarət parkını genişləndirəcək.
Ağalar Qəribov
Ordu.az