ABŞ Küveyti “Abrams”larla təchiz edəcək

2017/12/tank-m1-abrams-1504527137345345_1514358230.jpg
Oxunub: 405     15:01     27 Dekabr 2017    
19 dekabr 2017-ci il tarixdə ABŞ Müdafiə Nazirliyi “Gemeral Dynamics” şirkəti ilə Küveyt üçün M1A2-K “Abrams” tanklarının “modernləşdirilməsi” barədə müqavilə imzalayıb.

Ordu.az "Janes"ə istinadən xəbər verir ki, bu barədə nəşrdə çap olunan "Kuwait to get ‘unique’ Abrams tank variant" adlı məqalədə bəhs edilir.

ABŞ Müdafiə Nazirliyi ilə “Dynamics Systems” şirkəti arasında M1A2-K “Abrams” tanklarına dair imzalanan müqavilənin qiyməti 24,3 milyon dollar (41,3 milyon manat) təşkil edir.

Müqavilə Küveyt üçün “unikal” “Abrams”ların yaradılmasını nəzərdə tutsa da, faktiki olaraq tanklar üzərində modernləşdirmə əməliyyatları aparılacaq.

Müqavilə 31 dekabr 2019-cu il tarixədək realizə olunmalı və Küveyt tanklarla təchiz edilməlidir.

Qeyd edək ki, 2016-cı ilin dekabrında ABŞ Müdafiə Nazirliyi Konqresə Küveyt ordusu üçün 218 ədəd M1A2 “Abrams” tankının modernləşdirilməsinə dair sənəd göndərib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Abrams   ABŞ-Küveyt  


Bizi "telegram"da izləyin