Ordu.az Army-guide.com saytına istinadən xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Modernləşmə 65 ədəd zirehli maşına aid olacaq və “Patria Land Systems” şirkəti tərəfindən aparılacaq.
Bildirilir ki, modernləşdirmə 2018-ci ildən 2020-ci ilədək aparılacaq.
Modernləşdirmə prosesi nəticəsində elektrik sistemlər, enerji ötürülməsi sistemləri, xarici örtüklər təmir olunacaq, həmçinin maşınlara müasir oturacaq və təhlükəsizlik kəmərləri quraşdırılacaq.
Əlavə edək ki, modernləşmə işlərinin ümumi qiyməti 16 milyon avro (32 milyon manat və ya 19 milyon dollar) təşkil edəcək.
Ordu.az