“Vaşinqton Ukraynanın irimiqyaslı şəkildə silahla təchizına risk etməyəcək” - Aleksandr Asəfov

2017/12/Aleksandr-Asəfov---ekspert_1514294535.jpg
Oxunub: 456     21:42     26 Dekabr 2017    
“ABŞ Ukraynanın irimiqyaslı şəkildə öldürücü silahlarla təchizatına başlamağa risk etməyəcək”.

Ordu.az Pnp.ru saytına istinadən xəbər verir ki, bu barədə “İqtisadiyyat bu gün” nəşrinə rusiyalı politoloq Aleksandr Asəfov bildirib.

Daha öncə “Associated Press” xəbər verib ki, Ağ Ev Kiyevin ölümcül silahlarla, o cümlədən “Javelin” raketləri ilə təchiz olunmasına dair sənədi təsdiq edib.

Bu məlumatı şərh edərkən Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bəyan edib ki, Moskva Vaişqtonun planlarından narahatdır. O qeyd edib ki, öldürücü silahları Ukraynaya göndərməklə ABŞ və Kanada “Pandora qutusu”nu açır.

Asəfovun sözlərinə görə, Ukraynaya ölümcül silahlar verilməyəcək. Bu məsələdə sadəcə az sayda qumbaraatandan bəhs etmək olar və həmçinin daha öncə snayper tüfəngləri barədə müqavilə imzalanıb.

“Bir məqama diqqət etmək lazımdır: Ukraynaya hərbi xətlə köçürülən vəsaitlər amerikalılar tərəfində Lvov vilayətində yerləşən “Yavorovsk” pliqonunda təlimatçı və Ukrayna hərbçilərinin öyrədilməsinə xərclənilir”, - deyə politoloq bildirib.

Onun sözlərinə görə, maliyyənin əsas hissəsi məhz bu məqsədlərə yönəldilib.
Ekspertin fikrincə, “Javelin”lərin dərhal təmas xəttinə daşınacağı inandırıcı deyil, əvvəlcə onlarla da poliqonda məşq etmək lazımdır.

Asəfov əlavə edib ki, Amerika silahlarının operatorunun kim olacağı ilə bağlı məsələ də sual altındadır. Ukrayna hərbçilərinin peşəkarlığı aşağı səviyyəlidir.

“Həmçinin korrupsiya faktını nəzərə alaraq qeyd edə bilərik ki, Kiyevə satılan silahların qara bazara düşmə riski də mövcuddur və bunun nəticəsi olaraq həmin silahların amerikalıların özlərinə qarşı istifadə oluna bilər”, - deyə Asəfov qeyd edib.

Onun sözlərinə görə, AŞB bunu gözəl dərk edir və riskə getməyə hazır deyil.

“Bu səbəbdən Amerika silahının irimiqyaslı təchizatı barədə söz-söhbəti sadəcə siyasi ritorika adlandırardım və burada məqsəd vəziyyətin eskalyasiyasına nail olmaq və Ukrayna ətrafında mövcud olan gərginliyi qoruyub saxlamaqdır”, - deyə politoloq vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna   Rusiya   Ölümcül-silah  


Bizi "telegram"da izləyin