Rusiya XİN: Suriyada Türkiyə hərbçilərinin olması müvəqqətidir

2017/12/23423423_1514278903.jpg
Oxunub: 431     17:03     26 Dekabr 2017    
“Türkiyə hərbçiləri Suriyada deeskalyasiya zonalarında təhlükəsizliyin təmin olunması barədə razılaşma çərçivəsində fəaliyyət göstərirlər, bu, müvəqqəti tədbirdir”.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bəyan edib.

“Hazırda deeskalyasiya zonaları fəaliyyət göstərir və biz hər yerdə qeyd edirik ki, bu, müvəqqəti tədbirdir. Lakin bu deeskalyasiya zonalarını İran və Türkiyə də daxil olmaqla zəmanətçi qismində təmin etməliyik. İmzalanan razılaşmaya uyğun olaraq bu deeskalyasiya zonaları 6 ay müddətinə yaradılıb, lakin vəziyyətdən asılı olaraq onların müddətinin uzadılması da mümkündür”, - deyə Boqdanov Türkiyə hərbçilərinin Suriyanı nə vaxt tərk edəcəyi barədə danışarkən bildirib.

Onun sözlərinə görə, Türkiyə və digər zəmanətçi dövlətlərin Suriyadakı işi deeskalyasiya zonalarına olan zərurətin aradan qalxması ilə bitəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Türkiyə   XİN  


Bizi "telegram"da izləyin