Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə bu gün “Joonang Ilbo” qəzeti məlumat yayıb.
“Şimali Koreya yeni peyk üzərində işləri bu yaxınlarda tamamlayıb, onu “Kvanmyonson-5” adlandırıblar. Bu, kamera və rabitə avadanlıqları ilə təchiz edilən kəşfiyyat aparatıdır”, - deyə qəzetin məlumatında bildirilir.
Bununla yanaşı “Kyodo” agentliyinin məlumatına görə, Koreya Respublikası Qərargah Rəhbərləri Komitəsinin nümayəndəsi Pxenyanın peyk buraxılışına hazırlaşması ilə bağlı hər hansı əlamətin olmadığını bildirib.
Ağalar Qəribov
Ordu.az