Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bəyan edib.
“Həqiqətən də Əfqanıstanda terrorçular tərəfindən yaradılan təhlükələrlə əlaqədar olaraq vəziyyət pisləşib. Bu, həqiqətdir, Əfqanıstanın deqradasiyası davam edir. Lakin əgər orada ABŞ olmasaydı, vəziyyət daha pis də ola bilərdə”, - deyə Rusiya prezidenti bildirib.
O qeyd edib ki, Rusiya və ABŞ arasında qəliz əlaqələr olsa da, onlar işə obyektiv yanaşmalıdır.
Ordu.az