Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün keçirilən “Serbiyaya NATO-dan qorxmaq lazımdırmı?” adlı dəyirmi masada Yuqoslaviya və Serbiyanın kemiş xarici işlər naziri Vladislav Yovanoviç bəyan edib.
“NATO son 30 ərzində Serbiyanın bütün mümkün milli və dövlət maraqlarını mübahisə obyektinə çevirib. Biz NATO-nun güclü təsiri altındayıq”, - deyə Yovanoviç bildirib.
O qeyd edib ki, bu siyasətin əsas məqsədlərindən biri də Rusiyanın zərərsizləşdirilməsidir.
“Balkanlar getdikcə daha çox ABŞ-ın həmin ərazidə Rusiyanın təsirini məhv edərək bu istiqamətdə hücumlarını həm də hərbi planda həyata keçirməyə çalışdığı regiondur”, - deyə Yovanoviç vurğulayıb.
Ordu.az