Misir Təhlükəsizlik Qüvvələri 9 terrorçunu məhv edib

2017/12/20141029_Egyptian-army-and-military-reinforces-security-in-Sinai004345345_1514208881.jpg
Oxunub: 370     21:33     25 Dekabr 2017    
Misir Təhlükəsizlik Qüvvələri bazar günü apardığı əməliyyatlar zamanı Nil deltasının Şərqiyə vilayəti hissəsində 9 terrorçunu məhv edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Misir Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin bəyanatında bildirilib ki, terrorçuların Sinay yarımadasının şimalına hücumlar təşkil etmək məqsədilə silah təlimləri keçməsi barədə təhlükəsizlik qüvvələrinə məlumat daxil olub.

Bundan sonra həyata keçirilən əməliyyat nəticəsində 9 terrorçu öldürülüb, xeyli sayda silah və patronlar ələ keçirilib. Ölənlərin şəxsiyyətlərini müəyyənləşdirmək mümkün olmayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Misir   Sinay-yarımadası   Terror  


Bizi "telegram"da izləyin