Ordu.az unian.info-ya istinadən xəbər verir ki, bu sözləri Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevski söyləyib.
“NATO-ya gəldikdə buradakı problem çox mürəkkəbdir, təhlükəsizlik məsələlərinin necə dəyişəcəyini görmək çox vacibdir, çünki indi aydındır ki, Avropa öz təhlükəsizlik strukturunu necə təşkil etmək barədə sənədləri imzalayıb. Siz NATO-nun varlığına və kömək edəcəyinə köklənməməlisiniz. Artıq Avropa qüvvələrinin və Avropa potensialının ərsəyə gətirilməsi haqda düşünmək vaxtıdır. Çünki, Amerika siyasəti dəyişir”, - deyə Kvasnevski bildirib.
Bu, Trampdan əvvəl başladı. Onlar yalnız Atlantik zonaya fokuslanmayıblar. Onlar üçün indi Asiya daha önəmlidir. Güman ki, Avropada belə bir təhlükəsizlik və hərbi əməkdaşlıq çərçivəsində Ukrayna üçün təhlükəsizlik baxımından yaxşı bir təminat tapa bilərsiz”, - deyə o əlavə edib.
Keçmiş Polşa prezidenti əlavə olaraq qeyd edib ki, Rusiya Ukraynanın Avropa İttifaqına daxil olmasını istəmir, üstəlik ittifaq daxilində böhranı dərinləşdirməkdə maraqlıdır.
“Bəli, onlar Ukraynanı Aİ-də görmək istəmirlər. Düşünürəm ki, Rusiya Aİ-nin daimi bir böhran içində qalmasında maraqlıdır. Bu yolla İttifaqın daha da inkişafına əngəl olmağı düşünür”, - deyə Kvasinevski əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az