Türkiyədə hərbi hissədə partlayış: 1 ölü, 2 yaralı

2017/12/55345345_1514182235.jpg
Oxunub: 454     14:08     25 Dekabr 2017    
Türkiyənin İraqla sərhəddə yerləşən Hakkari vilayətinin Şəmdinli ilçəsində yerləşən hərbi hissədə partlayış baş verib.

Ordu.az xəbər verir ki, bu barədə Milliyet.com.tr saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, Şəmdinli ilçəsinin Dərəcik Tabor Komandanlığınına tabe olan Gediktəpə Üs bölgəsində yerləşən hərbi hissədə partlayışın səbəbi hərbçilərin əl qumbarası ilə ehtiyatsız davranışı olub.

Partlayış nəticəsində bir nəfərin həlak olduğu, iki nəfərin isə yaralandığı bildirilir.

Qeyd edək ki, hadisə barədə cinayət işi qaldırılıb və araşdırma aparılır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Partlayış   Qumbara  


Bizi "telegram"da izləyin