Husilər ərəb koalisiyasına hücum edib - Ölənlər var

2017/12/123123123_1514049702.jpg
Oxunub: 502     01:17     24 Dekabr 2017    
Yəməndə husi qiyamçıları Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinə hücum edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, qiyamçılar Səudiyyə Ərəbistanı və koalisiya qoşunlarının Cəf vilayətindəki mövqelərinə Katyuşa raketləri və artilleriya mərmiləri ilə hücum edib.

Qiyamçıların yaydığı məlumata görə, hücumlar nəticəsində koalisiya qüvvələri itki verib və bir neçə hərbi nəqliyyat vasitələri sıradan çıxarılıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   Ərəb-koalisiyası  


Bizi "telegram"da izləyin