Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Pentaqon məlumatında il ərzində Yəməndə 120 hava hücumu həyata keçirdiyini də bildirib. Məlumata görə, bu rəqəm 2016-cı ildəkindən 3 dəfə çoxdur.
Səudiyyə Ərəbistanı və regionun digər neft krallıqları tərəfindən aparılan müharibənin 1000-ci günündə ABŞ hərbi müdaxiləsinin genişləndiyi etiraf edilib.
Bir çox yardım agentlikləri isə davam edən müharibənin birbaşa qurbanlardan əlavə, milyonlarla insanı ölümcül xəstəliklərlə təhdid etməsi barədə xəbərdarlıq edib.
Xatırladaq ki, müharibənin başladığı 2014-cü ildən bu vaxta qədər 12000 mülki vətəndaş həlak olub.
Ağalar Ağalarlı
Ordu.az