Ordu.az Rusvesna.su saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurası beynəlxalq komitəsinin rəhbəri Konstantin Kosaçev bəyan edib.
“Vəziyyəti yanlış, daha dəqiq ifadə etsəm, ələ salınaraq təhrif edilmiş şərhi Kiyev və Vaşinqtonun rusofob məqsədlərinin həyata keçirilməsi çərçivəsində milyonlarla insana sülh deyil, yalnız müharibə vəd edə bilər. Vaşinqtonun son qərarı da sülhün arzu olunmadığı, müharibənin baş verməsinin istənildiyini növbəti dəfə nümayiş etdirir”, - deyə Kosaçev bildirib.
O həmçinin qeyd edib ki, “müdafiə olunmaq üçün” ifadəsinə baxmayaraq Vaşinqtonun bu qərarı Ukraynanın həqiqi niyyətləri ilə üst-üstə düşmür.
“Bir siyasətçi kimi iddia edə bilərəm ki, bu qərarın aşkar, gizlədilməyən və hətta artikulyasiya xarakterli siyasi alt mənası var”, - deyə Kosaçev fikirlərini tamamlayıb.
Ağalar Qəribov
Ordu.az