NATO təşviş içində: Rusiya sualtı gəmilərini daha uzaq məsafələrə yerləşdirir

2017/12/submaryna345345_1514007687.jpg
Oxunub: 454     13:38     23 Dekabr 2017    
“Şimal Atlantik Alyansının komandanlığı dünya okeanında Rusiya sualtı gəmilərinin aktivliyindən narahatdır”.

Ordu.az “The Financial Times” qəzetinə istinadən xəbər verir ki, bu barədə NATO sualtı donanmasının komandanı, kontr-admiral Endryu Lennon bəyan edib.

“Son üç ildən çox müddətdə Rusiya gəmilərinin aktivliyi soyuq müharibənin bitməsindən sonrakı müddət ərzində olandan daha çoxdur. Bu üç il ərzində biz hər növbəti il Rusiya sualtı gəmilərinin öncəki onilliklə müqayisədə daha uzaq məsafələrə yerləşdirilməsinin şahidi olmuşuq”, - deyə Lennon bildirib.

Onun sözlərinə görə, NATO Rusiya sualtı gəmilərinin əsas aktivliyini Qara və Aralıq dənizində qeydə alıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rusiya   Sualtı-gəmi  


Bizi "telegram"da izləyin