Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün Suriya üzrə Astana danışıqlarında iştirak edən nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bəyan edib.
“Bizim İŞİD-lə mübarizə üzrə birgə fəaliyyətdə yaxşı nəticələrimiz var. Ümid edirəm ki, digər terror qruplaşmaları, o cümlədən “Ən-Nüsra Cəbhəsi” ilə mübarizədə də birgə şəkildə belə yaxşı nəticələrə nail ola biləcəyik”, - deyə Lavrentyev bildirib.
Rusiya prezidentinin xüsusi nümayəndəsi həmçinin qeyd edib ki, ABŞ administrasiyasının bəzi fəlaiyyəti daxili siyasi konyuktura ilə əlaqədardır və ondan asılıdır.
Ağalar Qəribov
Ordu.az