Yaponiya PAC-3 RƏM sistemlərinin sınağını keçirir

2017/12/4163156_1513969276.jpg
Oxunub: 435     02:59     23 Dekabr 2017    
Yaponiya Hərbi Hava Özünü Müdafiə Qüvvələri Naqasaki perefekturasında PAC-3 RƏM sistemlərinin sınağını həyata keçirib.

Ordu.az “Sputnik”in Moskva bürosuna istinadən xəbər verir ki, bu barədə Yaponiya KİV-ləri məlumat yayıb.

Təlimlər Sasebo bazasında baş tutub. Yaponiyanın Kyuşu adasında yerləşən Sasebo Yaponiya Dəniz Özünü Müdafiə Qüvvələri və ABŞ Donanmasının bazalarına ev sahibliyi edir.

PAC-3 taktiki ballistik raketlər, qanadlı raketlər və təyyarələrə qarşı yüksək sürətə və müdafiə imkanına malikdir.

Məlumat üçün qeyd edək ki, II Dünya Müharibəsindən sonra Yaponiya “Yoshida Doktrinası”nı qəbul edib. Doktrina Yaponiyanın öz hərbi qüvvələrini ləğv etməsini və müdafiəsini ABŞ-a həvalə etməyi nəzərdə tuturdu.

Son illərdə isə Yaponiya öz ordusunu qurmağı planlaşdırır. Yaponiyanın pasifist siyasətdən boyun qaçırmasının başlıca səbəbi isə nüvə proqramından və raket sınaqlarından imtina etməyən Şimali Koreyanın bu ölkə üçün təhdid yaratmasıdır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   PAC-3  


Bizi "telegram"da izləyin