Polşa HDQ-nin tərkibindən ORP “Kondor” sualtı gəmisi çıxarılıb

2017/12/1513943459_1_1513968794.jpg
Oxunub: 457     02:51     23 Dekabr 2017    
Çərşənbə günü Qdıni limanında Polşa Hərbi Dəniz Qüvvələrinin Tərkibindən ORP “Kondor” (297) sualtı gəmisinin çıxarılma tədbiri baş tutub.

Ordu.az “Voyennoye obozreniye” nəşrinə istinadən xəbər verir ki, bu barədə Polşa Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Kondor” (297) “Kondor” tipli sualtı gəmilər arasında istifadədən çıxarılan ilk gəmi oldu. Polşa Silahlı Qüvvələri yaxın zamanda bu tipli gəmiləri ümumiyyətlə istifadədən çıxarmağı planlaşdırır.

Qeyd edək ki, 13 il xidmət etdiyi müddət ərzində bu gəmi suda 600 gün keçirib və 42000 dəniz mili qət edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Kondor  


Bizi "telegram"da izləyin