Çin donanması özünün “sirli qüvvələri”ndən birini nümayiş etdirib - FOTOLAR

2017/12/5416849651_1513962720.jpeg
Oxunub: 206     01:15     23 Dekabr 2017    
Çin Xalq Azadlıq Ordu Donanması sirli “kölgə dəstələrini” nümayiş etdirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, “PLAN” dəniz piyadaları nəzdindəki bu dəstələr dəniz, quru, hava və sualtında gizli əməliyyatlar aparmağa qadirdilər.

Bu xüsusi dəstələrin üzvü olmaq üçün çox ağır təlimlərdən keçilməlidir. Qatılanların 50%-dən çoxu bu təlimləri uğurla keçə bilmir. Bu sərt təlimlərə paraşütlə tullanma, suda, quruda döyüşlər və su altından gizli əməliyyatlar aparmaq daxildir. Təlimlər adətən çətin şəraitdə və gecə vaxtı aparılır. Bu yolla əsgərlərin xüsusi əməliyyatlara hazırlıq səviyyəsi gücləndirilir.

“Kölgə dəstələr” ilk yarımhərbi əməliyyatını 2008-ci il dekabrın 26-da Ədən körfəzində və Somali yaxınlığında həyata keçirib. Bu ilin aprel ayında Ədən körfəzində baş tutan başqa bir əməliyyat zamanı dəniz quldurları tərəfindən oğurlanan Tuvalu karqo gəmisi uğurla geri alınıb.




Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   PLAN   Sirli-Qüvvə  


Bizi "telegram"da izləyin