ABŞ HHQ F-35 qırıcıları üçün bazaları seçib

2017/12/28126647113_b5b9c29743_b_1kbijbk_1513959762.jpg
Oxunub: 506     00:16     23 Dekabr 2017    
ABŞ Hərbi Hava Qüvvələri gələcək iki Hava Milli Qvardiyasının F-35A bazaları üçün təklif olunan yerlərdən ikisini seçdiyini elan edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunlar ABŞ-ın Viskonsin ştatındakı “Truax Field” Hava Milli Qvardiya Bazası və Alabamadakı “Dannely Field” bazasıdır.

Hərbi Hava Qüvvələrinin katibi Xizer Uilson bildirib ki, Hava Milli Qvardiyasının bütün F-35A birlikləri 5-ci nəsil hava qüvvələri ilə təmin ediləcək.

F-35 ailəsinin hər bir təkoturacaqlı olan üç variantı mövcuddur: F-35A - ənənəvi qalxma və enmə variantı, F-35B – sürətli qalxma və şaquli enmə variantı, F-35C- daşıyıcı variantı.

F-35A 4-cü nəsil Hərbi Hava Qüvvələri təyyarələrini əvəzləmək üçün dizayn edilib. Lakin 2040-cı ilə qədər 5-ci və 4-cü nəsil qırıcıların birlikdə istifadə ediləcəyi bildirilir.

Seçilən bazalardan “Truax Field”in 2023-cü ildə, “Dannely Field”in isə 2024-cü ildə fəaliyyətə başlaması planlaşdırılır.

ABŞ silah istehsalçısı “Lockheed Martin Corp.” bu vaxta qədər ABŞ və digər beynəlxalq müştərilərinə 265 F-35 təyyarəsini təhvil verib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   F-35   Pentaqon  


Bizi "telegram"da izləyin