Suriya ordusu İdlibə əlavə qoşun və silah-sursat göndərib

2017/12/suriya_ordusu456456_1513948672.jpg
Oxunub: 379     21:25     22 Dekabr 2017    
Suriya ordusu İdlibin cənubunda terrorçulara qarşı əldə olunan nailiyyətlərin sürətləndirilməsi məqsədilə bölgəyə əlavə əsgər və hərbi ləvazimat göndərib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə bölgədəki mənbələr məlumat verib.

Məlumatda eyni zamanda Hələbin şərqindəki Əl-Səfir qəsəbəsinə də yeni qüvvələr və hərbi ləvazimatların göndərildiyi bildirilib.

Xatırladaq ki, iki gün öncə verilən məlumata görə Suriya ordusu İdlibin şimal-şərq hissəsinin terrorçulardan azad edilməsi məqsədilə genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır.

Hal-hazırda ordu Hələbin cənub cəbhəsində və Həmanın şimal-şərqindəki döyüşlərdə qələbələr qazanmağa davam edir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin