Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Müdafiə Nazirliyindəki adı açıqlanmayan mənbəsinin sözlərinə əsasən məlumat yayıb.
Mənbənin sözlərinə görə, bombardmançılar Quam adasında yerləşən Amerika aviabazasından yola çıxacaq. Onlar Cənubi Koreya qırıcıları ilə birgə təlimlə başlayacaqlar. Agentliyin mənbəsi ABŞ bombardmançılarının sayını və onların uçuş qrafiki barədə məlumatı dəqiqləşdirməyib.
Qeyd edək ki, bu həftənin bazar ertəsi ABŞ Cənubi Koreyaya irimiqyaslı hərbi təlimlərdə iştirak etmək üçün 12 ədəd 5-ci nəsil F-35 və F-22 yollayıb. Ümumilikdə təlimlərdə 230 təyyarə və 12 min əsgər iştirak edəcək.
Təlimlərdə həmçinin 10 ədəd F-35B qırıcısı, onlarla F-15C və F-16, iki ədəd B-1B “Lancer” və 6 ədəd EA-18G radioelektron mübarizə təyyarəsindən istifadə olunacaq.
Ağalar Qəribov
Ordu.az