Ermənistanda qalmaqal: 65 hərbi müəssisə 5 il ərzində...

2017/12/234234_1512460902.jpg
Oxunub: 381     15:56     05 Dekabr 2017    
Ermənistanda hərbiyönümlü KİV orqanı hərbi sirri yaymaqda ittiham edilir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2017-ci il dekabrın 4-də "sut.am" elektron mətbuat orqanı "Razminfo" hərbi portalının hərbi sirr yaydığını bildirib.

"Sut.am" elektron mətbuat orqanı məxfi başlıqlı məqaləsində "Razminfo" tərəfindən dərc edilən "65 hərbi müəssisə 5 il ərzində erməni silahlı qüvvələrini 1 milyard dram dəyərində istehsal məhsulları ilə təmin edib" deyə dərc etdiyi məqalədə hərbi sirr təşkil edən məlumatlar yaydığını bildirib.

Qeyd edək ki, ictimai təşkilat nümayəndəsi Daniel İoannisyan məqalədə qeyd olunan məlumatların təqdim edilməsi üçün Ermənistan müdafiə nazirliyinə müraciət etsə də rədd cavabı alıb. Məlumatların təqdim edilməsindən imtina olunmasının səbəbi məlum deyil. Rədd cavabını alan əks tərəf, belə bir hərbi sirr təşkil edən məlumatı "Razminfo"nun hardan əldə etdiyinə diqqət yönəldib.

"Razminfo" öz növbəsində iddiaları rədd edib və məlumatın açıq mənbələrdən əldə edildiyini bildirib. Məsələdən yayınan hərbiyönümlü sayt rəhbərliyi həmin məlumatların e-gov.am saytında mövcud olduğunu bildirib. "Sut.am" saytının məlumatına görə, "Razminfo" güc strukturları tərəfindən imtiyazlara sahibdir və onlar arasında qeyri-rəsmi razılaşmalar mövcuddur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Qalmaqal  


Bizi "telegram"da izləyin