"Qalmaqal" sözünə uyğun 282 nəticə tapıldı!

Ermənistan MN-in polkovniki ORSİS qalmaqalına görə işdən çıxarılır

2019/11/Orsis-1573212499.jpg
Oxunub: 549     16:49     14 Noyabr 2019    
Ermənistan Müdafiə Nazirliyində ORSİS qalmaqalına görə vəziyyət getdikcə qızışır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Müdafiə naziri Davit Tonoyan hərbçilərlə konkret söhbət aparıb.

O deyib ki, siz hərbçisiniz, yoxsa biznesmen, əgər biznesmenlərsinizsə, o halda gedin bizneslə məşğul olun.

Ermənistan MN-in ehtiyacları üçün gecəgörmə və optik cihazlar tədarük etmək məqsədilə MN tərəfindən tender təşkil edilib. Bu tender nəticəsində Baş Qərargah tərəfindən Silahlı Qüvvələrə yuxarıda qeyd edilən texniki vasitələrin “ORSIS ARMS” şirkəti tərəfindən tədarük edilməsi təklif edilib.

Gecəgörmə və termal cihazların tədarükü ilə məşğul olan “Unikom İnjenerinq” MMC MN tərəfindən elan edilən tenderdə iştirak etmək üçün müraciət edir. Lakin tenderdə üstünlük bu şirkətə deyil, “ORSIS ARMS” şirkətinə verilir. Yaranmş vəziyyətdən qəzəblənən “Unikom İnjenerinq” MMC, MN tərəfindən keçirilən tenderin obyektiv təşkil edilmədiyinə dair hakimiyyət orqanlarına müraciət edib.

Ermənistan MN-də daxili istintaq nəticəsində müəyyən ediblər ki, “ORSIS ARMS” şirkəti tərəfindən təqdim edilən gecəgörmə və termal cihazlar hərbi əməliyyatlar üçün yox, ovçuluq məqəsədləri üçün nəzərdə tutulub. Üstəlik, Baş Qərargahdan əmlakın parametrlərinin texniki xüsusiyyətlərinə saxta məlumatlar daxil edildiyi və üstünlüyün də “ORSIS ARMS” şirkətinə verildiyi məlum olur.

Bütün bunların ifşa olunması nəticəsində Ermənistan İstintaq Komitəsinin hərbi istintaq baş idarəsinin xüsusilə əhəmiyyətli işlərin istintaqı idarəsi tərəfindən hazırlanmış materiallar əsasında Cinayət Məcəlləsinin 376-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan cinayət əməllərinə görə, 17 avqust 2019-cu il tarixində Ermənistan SQ-nin ehtiyacları üçün nəzərdə tutulan tender yolu ilə satınalma prosesində MN-in müvafiq məsul vəzifəli şəxsləri tərəfindən öz vəzifə borclarına qarşı səhlənkar yanaşma davranış tərzi və bunun nəticəsində dövlətə külli miqdarda ziyan vurma hadisəsi il bağlı cinayət işi açılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ORSİS