Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Misir təhlükəsizlik mənbələrindən verilən məlumata görə, bu gün Misirin şimalında yerləşən səhralıq ərazidə Təhlükəsizlik Qüvvələrinə qarşı vuruşan 5 silahlı öldürülüb.
Adının anonim qalmasını istəyən mənbə bildirib ki, əvvəlcə Milli Təhlükəsizlikdən bəzi səlahiyyətli şəxslər əl-Əşər–Bilbeys yolunun üzərində yerləşən dağlıq ərazilərdə terrorçuların gizli sığınacağının olması ilə bağlı məlumat əldə ediblər.
Təhlükəsizlik Qüvvələri həmin məlumata əsasən sığınacağa hücum edərək beş terrorçunu məhv edib və hal-hazırda ərazidə başqa terrorçuların olub-olmamasının dəqiqləşdirilməsi ilə bağlı araşdırmalar aparılır.
Bəzi hüquqşünas isə cinayətləri sübuta yetirilməyən şəxsləri qətlə yetirdiyinə görə, Misir Təhlükəsizlik Qüvvələrini ittiham edir.
Misir son zamanlarda Sinay yarımadasında naməlum qruplar tərəfindən səlahiyyətli şəxslərin və hərbi nəzarət məntəqələrinin hədəf alındığı bir neçə hücuma məruz qalıb.
Ağalar Ağalarlı
Ordu.az