Yəməndə terrorçular hökumət binasına hücum edib

2017/11/orig-15119139981424780135d96b567134534_1511957307.jpg
Oxunub: 529     20:07     29 Noyabr 2017    
Yəmənin cənubunda yerləşən Aden şəhərində hökumət binasında terrorçular tərəfindən bomba partladılıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lərə istinadən məlumat verir. Partlayış nəticəsində xəsarət alanlar var.

Bildirilir ki, partlayış Adendə yerləşən hökumət binasına terrorçular tərəfindən minalanmış avtomobilin göndərilməsi nəticəsində baş verib.

Qeyd edilir ki, partlayıç Əbu-Dhar əl-Qafari Xormarkar rayonunda Maliyyə Nazirliyinin yaxınlığında baş verib. Partlayışdan sonra qarşıdurmalar başlanıb.

Həmçinin hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   Terror  


Bizi "telegram"da izləyin