Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Al Masdar” agentliyi məlumat yayıb.
Bildirilir ki, Dəməşq vilayətinin qərb hissəsində yerləşən Təl Bardiya yüksəkliklərində “Ən-Nüsra Cəbhəsi” terror qruplaşmasının 20-yə qədər terrorçusu məhv edilib.
Qeyd edilir ki, məhv edilən terrorçular arasında peşəkar snayper və qruplaşmanın iki sahə komandiri də olub. Sahə komandirlərindən biri əslən Əfqanıstandan olan muzdludur.
Təl Bardiyə yüksəkliklərinin ələ keçirilməsindən sonra Suriya ordusu Beyt Cin ərazisinə çıxa biləcək.
Ordu.az