Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Maykl Pens Nyu-Yorkda yerləşən Hudzon Araşdırmalar İnstitutunda çıxışı zamanı bəyan edib.
Vitse-prezidentin qiymətləndirməsinə görə, hazırda Şimali Koreya indiyədək heç zaman olmadığı şəkildə təcrid edilib.
“Yalnız ötən həftə prezident Tramp Şimali Koreyanın terrorizmin sponsoru olan dövlət kimi elan etdi. Bu gün baş verən hadisələrlə əlaqədar olaraq bizim administrasiya əlavə tədbirlər görmək barədə düşünür”, - deyə Pens qeyd edib.
O həmçinin əlavə edib ki, Şimali Koreya rejimi üçün yaxşı olar ki, ABŞ prezidenti və Birləşmiş Ştatların Silahlı Qüvvələrinin imkanlarının qətiyyətini sınağa çəkməsinlər.
“Prezident bəyan edib ki, biz vəziyyəti aydınlaşdıracağıq. Biz bütün mümkün fəaliyyət variantlarını nəzərdən keçirəcəyik. Vaşinqton Pxenyana qarşı siyasi və iqtisadi vasitələri Pxenyan özünün raket-nüvə proqramını birdəfəlik ləğv etməyənədək davam etdirəcək”, - deyə Pens bildirib.
Ağalar Qəribov
Ordu.az