Ordu.az CNN telekanalına istinadən xəbər verir ki, bu barədə kanalın efirində senator Lindsi Qrem çıxış edib.
“KXDR-in sonuncu raket sınağı bizi cavab tədbirləri görməyə yaxınlışdırır. ABŞ prezidenti artıq bəyan edib ki, bu məsələyə aydınlıq gətirəcək. Bu, BMT və Çin olmayacaq. Ümid edirəm ki, Şimali Koreya ABŞ prezidentinin nə qədər ciddi olduğunu dərk edir”, - deyə senator vurğulayıb.
Qrem həmçinin bildirib ki, Tramp Şimali Koreyaya qitələrarası ballistik raketlə Birləşiş Ştatlara zərbə vurmağa imkan yaradacaq nüvə silahı əldə etmək imkanı verməyəcək. Əgər bunu sonlandırmaq üçün müharibəyə başlamaq lazım gəlsə, biz məhz bu cür davranacağıq. Əgər Şimali Koreya ilə müharibə baş versə, demək ki, buna səbəbkar özüdür.
“ABŞ prezidenti gec və ya tez Birləşmiş Ştatların milli təhlükəsizliyinin təmin olunması ilə Asiya-Sakit okean regionunun stabilliyi arasında seçim etməli olacaq. O Çin, Cənubi Koreyə və Yaponiyaya bəyan edib ki, biz problemi demokratik yolla həll etmək istəyirik. Nə KXDR-də rejimi dəyişməyə çalışırıq, nə Şimali Koreyaya demokratiya gətirmək istəmirik, nə də Koreya yarımadasını birləşdirmək. Biz sadəcə olaraq Şimali Koreyadakı o adama (Kim Çen Ina - red) nüvə başlığı ilə Amerikaya zərbə vurmağa imkan verməyəcəyik”, - deyə senator qeyd edib.
Ağalar Qəribov
Ordu.az