Ordu.az “Kyodo” agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün parlament deputatları üçün birifinq çərçivəsində Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin nümayəndələri bəyan edib.
Kəşfiyyatın məlumatına görə, bu gün gecə keçirilən “Xvason-15” raket sınağının ardınca böyük ehtimal var ki, Pxenyan dünyaya mükəmməl nüvə və ya termonüvə döyüş başlığını nümayiş etdirmək istəyəcək.
Brifinq iştirakçıları qeyd ediblər ki, KXDR-in məqsədi Şimali Koreya raketlərinin ABŞ-ın qitə ərazisinə qədər çata bilməsinin mümkünlüyünü nümayiş etdirməkdən ibarətdir.
Ağalar Qəribov
Ordu.az