Ordu.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Qərargah Rəhbərləri Komitəsi bəyan edib.
Yaponiya hökuməti isə raketin tipini qiymətləndirmək məsələsində hələ də aktivlik göstərmirlər.
Həmçinin Yaponiya müdafiə naziri İtsunori Onodera parlamentdə çıxışı zamanı bəyan edib ki, atılan raket çoxpilləli ola bilərdi.
Ekspertlər daha öncə qeyd ediblər ki, “Xvason-14” ikipilləli qitələrarası ballistik raketdir.
Ağalar Qəribov
Ordu.az