Pentaqonun Suriya ilə bağlı məlumatları ziddiyyətlidir – 503, yoxsa 1720?

2017/11/410318677435345_1511936713.jpg
Oxunub: 501     14:23     29 Noyabr 2017    
“ABŞ-ın Suriyada yerləşən hərbçilərinin sayı ilə bağlı məlumatın müxtəlif olması izləmə sistemlərində yubanmaların olması ilə bağlıdır”.

Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Adrian Renkin-Hellouey bəyan edib.

“Bu məlumatlar bir qayda olaraq artırıla və ya azaldıla bilər. Səbəb isə yerləşdirilən heyətin gəlməsi və getməsinə nəzarət edən izləmə sistemlərində yubanmaların olmasıdır”, - deyə Renkin-Hellouey bildirib.

Onun sözlərinə görə, Pentaqonun Suriyada 503 hərbi xidmətçisi yerləşdirilib.

Xatırladaq ki, daha öncə Pentaqon açıqlamasında Suriyada ABŞ hərbçilərinin sayının 1720 nəfər olduğunu qeyd edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Suriya  


Bizi "telegram"da izləyin